Elçin həyat yoldaşı ilə necə tanış olduqlarından danışdı (VİDEO)

Elçin həyat yoldaşı ilə necə tanış olduqlarından danışdı (VİDEO)
Video
Şou-biznes 8187

 

Tanınmış müğənni Elçin Cəfərov xanımı Aydanla necə tanış olduqlarından danışıb. 

BAKU.WS məlumat verir ki, müğənni "ATV maqazin onlarla” verilişinə açıqlamasında xanımını ilk dəfə İstanbulda gördüyünü deyib. Sənətçi Aydan xanıma ilk baxışdan vurulduğunu bildirib:

"İstanbulda önəmli tədbirdə çıxışım var idi. Xanımım o tədbirdə iştirak edirdi. İlk dəfə bir-birimizi o tədbirdə gördük, bəyəndik. Əslində bunu O an qərar vermişdik, ağlımızda, beynimizdə. Sadəcə bunu təkminləşdirmək lazım idi. Mən hər şeyə sırf sevgi ilə yanaşıram. İstər sənətimə, istərsə də insanlara münasibətimdə. Sevib-seçdiyin insana mütləq sevgi ilə yanaşmaq lazımdır. Ailə həyatı elədir ki, içdən olmalıdır, sən onunla bir ömür yaşaya biləsən".

 

BAKU.WS

 

Son xəbərlər