Mətanət Əsədova: "Ana ola bilərəm" (VİDEO)
Tanınmış müğənni Mətanət Əsədova ana ola bilməməsi ilə bağlı gəzən şayiələrə aydınlıq gətirib.
BAKU.WS məlumat verir ki, müğənni "ATV maqazin onlarla” verilişində "övladı olmur" deyənlərə cavab verib:
"Haqqımda çox şey danışırlar. Deyirlər ki, övladı olmur, yalandır. İnsanın həyatında düzgün, hallalıqla kimsə olar ki, uşaq dünyaya gətirər. Bir gün görüşüb, ondan-bundan uşağım olsun istəmirəm. Səhhətimdə problemim yoxdur, ana ola bilərəm. İkinci Mətanəti tapmamışam: düzgün, təmizkar, Allahı tanıyan. "Aldım, gətirdim, səni saxladım" olmaz. Heyvanı da elə saxlayırlar. O mənim atam-anam, dünyam olmalıdır. Həm də pulsuz kişi qadının yanında nə gəzir? Bilirəm cavanlığım gedir, az qalıb. Bir-iki ilə bunları reallaşdırmalıyam. Həyat məni sındırdı, uyğun olmadığım biri ilə qarşılaşdırdı. Ona görə də mənim ilk ailə həyatım alınmadı".
BAKU.WS
Oxşar xəbərlər
Natavan Röya haqda:"Biz qapalı geyinirik, o isə lütlənib" (VİDEO)
Müğənni Natavan Həbibi həmkarı Röya Ayxanın "V element" verilişində Elnarə və onunla bağlı verdiyi açıqlamaya münasibət bildirib. BAKU.WS məlumat verir ki, mü...