Bakıda nişanlısı ilə mübahisə edən gənc toyuna 11 gün qalmış intihar etdi
27
avq
2017
11:13
Bakıda nişanlısı ilə mübahisə edən gənc oğlan özünü asıb.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.Belə ki, Ramana qəsəbəsi "Südçülük" sovxozu kimi tanınan ərazidə yaşayan 1994-cü il təvəllüdlü Arazlı Tural Vüqar oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun qohumlarının verdiyi məlumata görə, Tural Arazlı sonuncu dəfə nişanlısı ilə mübahisə edib. Və o, heç kimə heç nə demədən özünü həyətyanı sahədə asıb.Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.Qeyd edək ki, sentyabrın 6-da Tural Arazlının toy mərasimi olacaqdı.BAKU.WS
Oxşar xəbərlər
Bakıda gənc yazar özünü 17-ci mərtəbədən ataraq intihar edib
Bakıda 28 yaşlı oğlan özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. BAKU.WS-in "Report"-a istinadən verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda ba...