Balakəndə 25 yaşlı gənc özünü asdı

Balakəndə 25 yaşlı gənc özünü asdı
Hadisə 2009
 

Balakəndə intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin Füzuli küçəsindəki mənzillərdən birində qeydə alınıb.

Həmin küçədəki mənzillərdən birində yaşayan 1991-ci il təvəllüdlü Ramazan Şəmsəddin oğlu Piriyev özünü yaşadığı evin mətbəxindən asaraq intihar edib. Onun mətbəxdən asılmış meyitini ailə üzvləri aşkar ediblər. Hadisə yerində hüquq-mühafizə orqanı əməkdaşları araşdırmalar aparıb.

Mərhumun psixoloji problemləri olduğu, əsəb xəstəliyindən uzun müddət müalicə edilməsi hadisənin psixoloji problemlər səbəbindən baş verməsi ehtimalını yaradıb. İntiharın da məhz psixoloji problemlər səbəbindən törədildiyi ehtimal edilir.  

Ramazan Piriyev intihar edən zaman evdə tək olub.

Onun özündən yaşca kiçik bir qardaşı var.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

Ölkə ərazisində sonuncu intihar hadisəsi Bakıda baş verib. İntihar edən şəxs Sabunçu rayonu  Maştağa qəsəbəsində 51 yaşlı Xalıqov Əmirhüseyn Balahüseyn oğlu olub. 

Xalıqov Əmirhüseyn tikintisi hələ başa çatmamış evində özünü asaraq intihar edib. Məlumata görə o, Maştağada fəaliyyət göstərən yem mağazasının sahibi olub. Onun xeyli miqdarda borcunun olduğu və bu səbəbdən də intihar etdiyi bildirilir.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda ali məktəbə hazırlaşan qız özünü asdı

Azərbaycanda ali məktəbə hazırlaşan qız özünü asdı

Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Şahsevən kənd sakini 1999-cu il təvəllüdlü Ülkər Ələmda...

3492 Hadisə 14:54 29 aprel 2016

Son xəbərlər