Zibillikdən 4 avtomobil nömrəsi, 44 sənəd tapıldı – FOTO
Bakıda zibillikdən 4 ədəd avtomobil nömrəsi, 44 ədəd sənəd və 21 bank kartı tapılıb.
Bu barədə BAKU.WS-ə "Təmiz Şəhər” ASC-dən məlumat verilib. Məlumata görə, bu əşyalar Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda (BMTÇZ) şəhərdən yığılmış məişət tullantıları arasında aşkar edilib.
"Bakıdan yığılan tullantılar BMTÇZ-də "Təmiz Şəhər”ə təhvil verilir. Tullantılar bu zavodda çeşidlənir, təkrar emala yararlı metal, şüşə, plastik, kağız və s. materiallar ümumi kütlədən ayrılaraq xammal kimi uyğun müəssisələrə göndərilir.
İş prosesi zamanı tullantılar arasında tullantı olmayan əşyalara (sənəd, nömrə, silah, pul, dəyərli əşya və s.) rast gəlindikdə isə, onlar götürülərək aidiyyəti üzrə təhvil verilir.
Sənədlər arasında şəxsiyyət vəsiqələri, pasportlar, əmək kitabçaları, təhsil və doğum haqqında şəhadətnamələr, tələbə bileti, avtomobil sənədləri və nömrələri var. Aşkar edilən tapıntılar polisə təhvil verilib. Bu cür əşyalarını itirən şəxslər polisə müraciət edərək tapılanların onlara aid olub-olmadığını dəqiqləşdirə və təhvil ala bilərlər”. - məlumatda deyilir.
BAKU.WS
Oxşar xəbərlər
Zibillikdən tapılan 90 kiloqramlıq qəpik Mərkəzi Banka verildi
2015-ci ildə Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda aparılan çeşidləmə zamanı müxtəlif nominalda 90 kq-dan artıq xırda pul tapılıb. BAKU.W...