Xırdalandakı yanğının söndürülməsinə iki qatar da cəlb olunub
“Ekologiya postu” kimi tanınan ərazidə “EuroHome” tikinti materialları bazarında yanğın davam edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopterləri ilə yanaşı, kömək məqsədi ilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H.Z.Tağıyev-çeşidləmə stansiyasından gətirilir.
Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı dolu çən vaqonlarındakı sudan istifadə olunacaq.
Oxşar xəbərlər
"EuroHome”dakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB-1
Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi...