QƏBƏLƏDƏ BÖYÜK YANĞIN - Nazirliyin bütün qurumları səfərbər oldu

QƏBƏLƏDƏ BÖYÜK YANĞIN - Nazirliyin bütün qurumları səfərbər oldu
Hadisə 11031
Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində baş verən yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.Ekologiya və Təbii sSərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məluamata görə, yanğının söndürülməsi üçün nazirliyin bütün qurumlarının əməkdaşları hadisə yerinə cəlb olunub, eyni zamanda nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib.Hadisə yerində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin canlı qüvvələri bütün mümkün olan vasitələrdən istifadə etməklə yanğının söndürülməsinə cəhd göstərirlər.Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən və havanın küləkli olmasından onun söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər

Şahdağ Milli Parkında yanğın

Şahdağ Milli Parkında yanğın

Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın güclü külək nəticəsində sonradan Şahdağ Milli Par...

1466 Hadisə 21:05 31 avqust 2017

Son xəbərlər