Şahdağ Milli Parkında yanğın

Şahdağ Milli Parkında yanğın
Hadisə 1466
Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın güclü külək nəticəsində sonradan Şahdağ Milli Parkının Oğuz bölməsinin ərazisinə keçib. Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və texnikası hadisə yerinə cəlb olunub. Yanğının əhatə etdiyi ərazi sərt və hündür yamaclıqdan ibarət olduğundan mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edilir. Hazırda yanğının söndürülməsi istiqamətində ciddi tədbirlər davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər

Şəkidə meşədə güclü yanğın baş verib (FOTO)

Şəkidə meşədə güclü yanğın baş verib (FOTO)

Şəkidə kolluq-meşəlik ərazilərdə güclü yanğın baş verib. Yanğın günorta saatlarında Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Göynük meşəbəyliyinin 2 saylı...

1317 Hadisə 23:38 31 iyul 2017

Son xəbərlər