Güclü külək olmasına baxmayaraq neftçilərin axtarışı davam edir

Güclü külək olmasına baxmayaraq neftçilərin axtarışı davam edir
Hadisə 925

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsinfə itkin düşənlərin helikopterlərlə axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu gün səhər saat 07-dən başlayaraq itkin düşənlərin helikopterlərlə axtarışları davam edib. Axtarışlara Nazirliyin 4 helikopteri cəlb olunub.

"Bu gün havanın küləkli olmasına baxmayaraq axtarışlar davam edir. Ekologiya Nazirliyindən havanın küləkli olması ilə bağlı proqnoz verilib. Lakin hələlik axtarışları davam etdirmək mümkündür”, - deyə mətbuat xidmətindən bildirilib.

İstisna olunmur ki, əgər hava şəraiti əlverişsiz olarsa, külək bir az da güclənərsə, o zaman neftçiləri axtarışları dayandırılacaq: "Biz axtarış aparan işçilərin də hayatlarını düşünməliyik. Onları təhlükəyə ata bilmərik. Külək güclənsə, o zaman axtarışları müvəqqəti dayandıra bilərik”. "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın isə hələ də söndürülməyib. Yanğının söndürülməsi üçün yanğınsöndürənlər hadisə yerində çalışırlar. Ziya Səccad

BAKU.WS

Son xəbərlər