Xəzərdə axtarışlar davam edir: Allahdan ümid kəsilməz

Xəzərdə axtarışlar davam edir: Allahdan ümid kəsilməz
Hadisə 928

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsinfə itkin düşənlərin helikopterlərlə axtarışları davam edir. 

Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, bu gün səhər saat 07-dən başlayaraq itkin düşənlərin helikopterlərlə axtarışlarına başlanılıb. Dalğıcların  axtarışları isə günün qaranlıq saatlarında da davam edir.

"Allahdan ümid kəsilməz. Ümid edirik və arzulayırıq ki, itkin düşənlər sağ-salamat tapılsınlar. Həlak olanların isə cəsədlərini tapmağa çalışırıq. İtkin düşənlərin yaxınlarına, ailələrinə, bütün xalqımıza səbrli, dözümlü olmağı diləyirik”, - deyə Qərargahdan bildirilib.

Fövqəladə Hallar Nazirliyindən isə BAKU.WS-ə bildirdilər ki, "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın hələ də söndürülməyib. Yanğının söndürülməsi üçün yanğınsöndürənlər hadisə yerində çalışırlar.

Ziya Səccad

BAKU.WS

Son xəbərlər