Azərbaycanda güclü yanğın: FHN helikopter və təyyarə göndərdi
08
iyl
2018
10:54
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samux rayonunun Burunqovaq kəndi yaxınlığındakı qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.BAKU.WS nazirliyin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub və bir istiqamətdə yanğının qarşısı alınıb. Lakin yanan sahənin bir hissəsinin bataqlıq olması səbəbindən yanğınsöndürənlərin və texnikanın əraziyə yaxınlaşması mümkün olmayıb. Yanğının yaxınlıqdakı meşə zolağına keçmə bilməsi təhlükəsi nəzərə aınaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.Əlavə məlumat veriləcək.BAKU.WS
Oxşar xəbərlər
Yardımlı meşəsindəki yanğın məhdudlaşdırıldı
İyulun 5-də Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğın məhdudlaşdırılıb.Fövqəladə Hallar Nazirli...