Yardımlı meşəsindəki yanğın məhdudlaşdırıldı
07
iyl
2018
13:10
İyulun 5-də Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğın məhdudlaşdırılıb.Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, ərazidə açıq alov yoxdur, bəzi yerlərdə tüstülənmə mənbələri var. Hazırda həmin tüstülənmə mənbələrinin söndürülməsi işləri həyata keçirilir.Hava şəraitinin küləkli və relyefin çətin keçilən dağlı ərazi olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 90 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, "Mi-17" yanğınsöndürmə helikopteri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 180 nəfər əməkdaşı və yerli əhali yanğınsöndürmə işlərinə cəlb olunmuşdur. Əlavə məlumat veriləcək.BAKU.WS
Oxşar xəbərlər
Lənkəran və Astarada dağlıq ərazidə meşə zolaqlarında yağın başlayıb
Ötən gün axşam saatlarında Lerik rayonunun Vov, Vənədi kəndləri, Astara rayonunun Pəlikəş, Çükəş, Dolu kəndləri və Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında...