Lənkəran və Astarada dağlıq ərazidə meşə zolaqlarında yağın başlayıb

Lənkəran və Astarada dağlıq ərazidə meşə zolaqlarında yağın başlayıb
Hadisə 1137
Ötən gün axşam saatlarında Lerik rayonunun Vov, Vənədi kəndləri, Astara rayonunun Pəlikəş, Çükəş, Dolu kəndləri və Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolaqlarında yanğın başlayıb.BAKU.WS FHN-ə istinadla xəbər verir ki, ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən, eləcə də havanın küləkli olması yanğınların söndürülməsinə çətinliklər yaradıb.Yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin qüvvələri və yerli əhali cəlb edilib.Səhər saatlarından külək zəifləmiş, yağış yağmağa başlayıb.Əlavə məlumat veriləcək.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər