Qəbələdəki böyük yanğın nəhayət ki, nəzarətə götürüldü (RƏSMİ)
04
sen
2017
13:30
Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın gecə saat 4 radələrində tam olaraq söndürülüb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Qəbələ MMBM-nin Bum meşəbəyliyinin Abrıx, Dandık, Solquca kəndləri ətrafındakı meşə sahələrində isə yanğın nəzarətə götürülüb, onun tam söndürülməsi üçün ETSN-nin və FHN-nin hadisə yerində olan canlı qüvvəsi və texnikası operativ tədbirləri davam etdirir.Hazırda Abrıx və Solquca kəndləri ərazisində yanğının irəlilədiyi xətt üzrə gərgin fəaliyyət göstərilir, həmin xətt boyunca yanğının qarşısının alınması istiqamətində fədakarlıq göstərilir. Bu gün operativ səhər toplantısında meşəçilər bu xətdən geri çəkilməyəcəklərinə və var qüvvələri ilə alovu dayandıracaqlarına söz veriblər.Xatırladaq ki, hadisə yerində ETSN-nin ətraf rayonlardakı meşə müəssisələrinin, qoruq və milli parkların 350-yə yaxın əməkdaşı, FHN-nin yanğından mühafizə dəstələri və texnikası yanğının qarşısını almağa çalışırlar.Qeyd olunduğu kimi yanğın zolağı yüksək dağ massivində və mürəkkəb relyefdə yerləşdiyindən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilir, mürəkkəb keçilə bilən dağlıq ərazilərə tırtıllı traktorlar vasitəsi ilə su çənləri qaldırılır, əl əməyindən istifadə olunaraq vedrə və su tutumu olan qablarla söndürmə işləri aparılır. Təxirəsalınmaz və operativ tədbirlər bu saatlarda da davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
QƏBƏLƏDƏ BÖYÜK YANĞIN - Nazirliyin bütün qurumları səfərbər oldu
Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Abrıx kəndi ətrafındakı Bum meşəbəyliyinin 2 saylı dolayında, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində...