Lerik sakini qanunsuz kəsdiyi ağacın altında qalaraq ölüb

Lerik sakini qanunsuz kəsdiyi ağacın altında qalaraq ölüb
Hadisə 1812
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün Lerikdə ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə,  hadisə saat 16 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 15 saylı dolayında baş verib.

Lerik rayonunun Çayrud kənd sakini 1953-cü il təvəllüdlü Tərzan Muradov müəssisənin Vizəzəzmin meşəbəyliyindəki dolaya özbaşına daxil olaraq qanunsuz ağac kəsərkən kəsdiyi ağac onun üzərinə düşüb. Nəticədə T.Muradov yerindəcə keçinib. Ərazisində ağac kəsintisi ilə bağlı məlumat alan Lerik MMBM-nin Vizəzəzmin meşəbəyliyinin 15 saylı dolayının meşə gözətçisi Əflatun Almasov hadisə yerinə gəlib və qanunsuz ağac kəsən şəxsin ağacın gövdəsi altında qaldığının şahidi olub. Meşə gözətçisi dərhal hadisə ilə bağlı müəssisənin rəhbərliyinə və rayon polis şöbəsinə məlumat verib.

Baş vermiş hadisə ilə əlaqədar Lerik rayon polis şöbəsində araşdırmalara başlanılıb.

BAKU.WS

Oxşar xəbərlər

Xaçmazda qasırğa - Ağac evin üzərinə aşdı, binaların damı uçub - VİDEO

Xaçmazda qasırğa - Ağac evin üzərinə aşdı, binaların damı uçub - VİDEO

Ötən gün günorta saatlarından başlayan güclü külək Xaçmaz rayonunda ciddi fəsadlar törədib. ARB Şimal xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində yerlə...

1569 Hadisə 14:43 28 aprel 2017

Son xəbərlər