"EuroHome”dakı yanğın şiddətlənib - Əraziyə 3 helikopter cəlb olunub - VİDEO - YENİLƏNİB

EuroHome”dakı yanğın şiddətlənib - Əraziyə 3 helikopter cəlb olunub - VİDEO - YENİLƏNİB
Foto Video
Hadisə 2644

Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib.

Qeyd edək ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***09:52

Bu gün səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında başlayan yanğının söndürülməsi üçün əraziyə helikopter cəlb olunub.

BAKU.WS xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri alovun söndürülməsi istiqamətində çalışırlar.

Qeyd edək ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Son xəbərlər