Vəzifəli şəxs VƏFAT ETDİ
Azərbaycan Texniki Universitetinin (AzTU) Enerji Tədqiqatları İnstitutunun direktoru Qara Həsənov vəfat edib.
Bu barədə AzTU-dan məlumat verilib.
Qeyd edək ki, Qara Həsənov Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) bitirib. O, 1970-2024-cü illərdə AzTU-da baş laborant, baş müəllim, dosent, dekan müavini və kafedra müdiri vəzifələrində çalışıb.
2022-ci ildən AzTU-nun Enerji Tədqiqatları İnstitutunun direktoru olub. 2011-ci ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb.
AzTU-nun rəhbərliyi və kollektivi Qara Həsənovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.
Oxşar xəbərlər
Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm
Bir neçə gün əvvəl Bakının Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. BAKU.WS İqtisadiyyat.az-a istinadən xə...