Üstünə avtomobil düşən kişi öldü

Üstünə avtomobil düşən kişi öldü
Hadisə 375

Şəkidə 64 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, yanvarın 7-də axşam saatlarında Şəki şəhəri, A.Əfəndiyev küçəsi ev 9 ünvanında yaşayan 1956-cı il təvəllüdlü Yunus Kamal oğlu Abdurəhmaov bədəninin müxtəlif hissələrinin küt travması ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Məlum olub ki, Y.Abdurəhmanov özünə məxsus avtomobili təmir edən zaman ehtiyatsızlıqdan maşın onun üstünə düşüb.

Nəticədə Y.Abdurəhmanov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həkimlərin səylərinə baxmayaraq, Y.Abdurəhmanov aldığı xəsarətlərdən yanvarın 8-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Göyçayda 92 yaşlı qadın yanaraq ölüb

Göyçayda 92 yaşlı qadın yanaraq ölüb

Göyçayda qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Əli Kərim küçəsində özünə məxsus mənzildə yaşayan...

323 Hadisə 23:25 04 yanvar 2020

Son xəbərlər