Göyçayda 92 yaşlı qadın yanaraq ölüb

04
yan
2020
23:25
Göyçayda qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Əli Kərim küçəsində özünə məxsus mənzildə yaşayan 1928-ci il təvəllüdlü Kərimova Şura Həzrətqulu qızı yaşadığı evdə qaz cihazının nasazlığı səbəbindən baş verən yanğın zamanı müxtəlif dərəcəli xəsarətlər alıb.
Bədənin 80 faiz hissəsi yanan yaşlı qadın Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, 92 yaşlı Şura Kərimova dünyasını dəyişib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu təvəfindən ardırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 9-cu sinif şagirdi bədbəxt hadisə nəticəsində öldü
Göyçay rayonunda yeniyetmə qız bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Göyçay şəhərində qeydə alın...
