Göyçayda gənc qadın abort zamanı dünyasını dəyişib (YENİLƏNİB)
12
fev
2019
18:00
Göyçay rayonunda abort zamanı dünyasını dəyişən qadının şəxsiyyəti məlum olub. BAKU.WS report-un Şirvan bürosuna istinadən xəbər verir ki, bu, Astara rayon sakini, 28 yaşlı Nurlanə Əliyevadır. Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov Report-un yerli bürosuna açıqlamasında qadının ağır vəziyyətdə tibb müəssisəsinə gətirildiyini deyib: "Nurlanə Əliyeva xəstəxanaya daxil olarkən hamiləliyinin, təxminən, 15 həftəliyində olub. Ona xəstəxananın Doğum şöbəsində lazımi tibbi yardım göstərilib. Lakin kəskin qanaxması olduğundan həkimlər hamiləliyin sonlandırılması qərarını veriblər. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".Qeyd edək ki, bu, N.Əliyevanın üçüncü hamiləliyi olub və bundan əvvəl iki dəfə qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirib. Qadın ailəsi ilə bir neçə gündür Göyçaya gəlibmiş, həyat yoldaşı da çobanlıq edirmiş.Faktla bağlı araşdırma aparılır. Göyçay rayonunda qadın abort zamanı dünyasını dəyişib. BAKU.WS16:50BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib. Rayonun İnçə kəndində yaşayan Ağstafa sakini, 24 yaşlı qadın bu gün səhər saatlarında abort üçün xəstəxanaya müraciət edib. Xəstəxananın Doğum şöbəsində mama-ginekoloq Roza Babayeva tərəfindən abort edilən qadının bir qədər sonra halı pisləşib və dünyasını dəyişib. Qeyd edək ki, bu, qadının 3-cu hamiləliyi olub.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
10 gün əvvəl körpə dünyaya gətirən qadın xəstəxanada öldü - VİDEO
Bərdə rayonunda 10 gün əvvəl uşaq dünyaya gətirən qadın xəstəxanada ölüb.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hyadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasını...