Daha bir uşaq it dişlədiyinə görə öldü
18
avq
2017
19:11
Bərdə rayonunda 7 yaşlı uşaq it dişləməsi nəticəsində dünyasını dəyişib.Hadisə rayonun Lək kəndində baş verib.BAKU.WS report.az-a istinadən bildirir ki, kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Üzeyir Şahin oğlunu bir neçə gün əvvəl it dişləyib. Valideynləri uşağı dərhal xəstəxanaya aparıblar, lakin orada bildirilib ki, alınan yaranın uşaq üçün həyati təhlükəsi yoxdur.Evdə bir neçə gün qaldıqdan sonra uşağın qəfldən vəziyyəti pisləşib və o dünyasını dəyişib. Üzeyir Hüseynov bu gün dəfn olunub.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ŞOK hadisə: sünnət olunan uşaq həkimin əlində öldü
Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib. "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb....