Azərbaycanda ŞOK hadisə: sünnət olunan uşaq həkimin əlində öldü

Azərbaycanda ŞOK hadisə: sünnət olunan uşaq həkimin əlində öldü
Hadisə 2603

 

Masallı rayonunda azyaşlı sünnət masasında dünyasını dəyişib.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb. 

Belə ki, valideynləri 5 yaşlı Kənan Abutalıb oğlu Hüseyinovu sünnət etdirmək üçün evə həkim gətiriblər. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub. Bundan sonra valideynlərinə otaqdan çıxmaq tövsiyə olunub. Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib. 

Azyaşlının meyiti müayinə olunması Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. 

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov "Report"un yerli bürosuna bildirib ki, uşağı sünnət etmək üçün dəvət olunmuş Ramiz Sadıqov yaşla əlaqədər təqaüdə göndərilmiş həkimdir və hazırda xəstəxanada işləmir.  

Faktla bağlı araşdırma aparılır. 

BAKU.WS

Oxşar xəbərlər

Masallıda DƏHŞƏT: 5 yaşlı uşaq sünnət zamanı öldü

Masallıda DƏHŞƏT: 5 yaşlı uşaq sünnət zamanı öldü

Masallıda 5 yaşlı uşaq sünnət zamanı ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb. Müsəküçə kənd sakini 5 yaş...

3349 Hadisə 21:41 03 may 2017

Son xəbərlər