Günay Musayeva sünnət olunacaq

Günay Musayeva sünnət olunacaq
Şou-biznes 11826

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva labioplastika əməliyyatı (cinsiyyət orqanının plastik əməliyyatı-red) keçirəcək.

BAKU.WS xəbər verir ki o, axşam.az-a açıqlamasında bu haqda danışıb. Bildirib ki, əməliyyat Livanın paytaxtı Beyrutda olacaq:

"Mən qadın sünnəti əməliyyatına gedirəm. Qadın sünnəti deyilən bir şey var. Hamı elə bilir ki, təkcə kişilərdə sünnət olur. Amma qadınlar da sünnət etdirir. Mən də Beyruta sünnət etdirməyə gedirəm (Labioplastikanı nəzərdə tutur-red). Əslində, çox da ağır əməliyyat deyil. Bir çoxları bunu tam başa düşməyə bilər. Amma tibdə xanımların sünnət olunması var. Məncə, bu sünnəti çox qadınlar etdirməlidir. Genital bölgədə estetik cəhətdən çox yaxşı görünüş olur. Dünyanın ən yaxşı estetik cərrahları Beyrutdadır. Hətta Hollivud ulduzları da plastik əməliyyat üçün ora müraciət edir. Bir-iki gün sonra Türkiyəyə qayıdacağam”.

Qeyd edək ki, son illərdə digər plastik əməliyyatlar ilə yanaşı, cinsi orqanlarda icra olunan plastik əməliyyatlar geniş tətbiq olunur. Genital plastik əməliyyatlar içində ən çox icra olunan labioplastika (cinsiyyətin kiçik dodağının plastikası) və vaginaplastikadır (uşaqlıq yolunun daraldılması).

BAKU.WS

Oxşar xəbərlər

Bakıda müdhiş əməliyyat - 12 yaşlı uşağın cinsiyyəti dəyişdirilir

Bakıda müdhiş əməliyyat - 12 yaşlı uşağın cinsiyyəti dəyişdirilir

Azərbaycanda 12 yaşlı bir uşağın plastik əməliyyatla cinsiyyəti dəyişdiriləcək. BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, əməliyyat özəl klinikalardan birin...

6817 Hadisə 11:31 22 sentyabr 2016

Son xəbərlər