Bağırsaqları yuyulan 5 aylıq Cahid öldü - VİDEO
Siyəzəndə bağırsaqları yuyulan 5 aylıq körpə dünyasını dəyişib. Valideynləri uşağın həkim səhvi ucbatından öldüyünü iddia edirlər.
Bağırsaqları səhv yuyulan uşaq dünyasını dəyişib. Siyəzən sakini Mazan Əzimov martın 19-da oğlu, 5 aylıq Cahidi Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə aparıb. Körpənin hərarəti və soyuqdəyməsi olduğu üçün uşaq həkimi Mənsurə Ağayeva tərəfindən müalicə aparılıb. Martın 30-da isə, 5 aylıq Cahidin bağırsaqları yuyulub. Bir neçə saatdan sonra isə körpədə qanaxma əmələ gəlib.
Cahid Əzimov paytaxtadakı xəstəxanalardan birinə çatdırılsa da, bir neçə saat sonra dünyasını dəyişib.
Valideynləri iddia edir ki, azyaşlı tibb müəssisəsində müalicə aldığı dövrdə rentgen müayinəsindən keçirilməyib. Kor təbii aparılan müalicə nəticəsində də bağırsağına su çox vurulub və bu səbəbdən də qanaxma baş verib.
Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Qeyd edilən ittihamlarla bağlı Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən münasibət öyrənmək cəhdlərimiz baş tutmadı.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda biabırçı həkim səhvi: İki aylıq körpə kor oldu (VİDEO)
İki ay əvvəl dünyaya göz açmış körpə dünya işığından məhrum qalıb. BAKU.WS xezerxeber.com-a istinadən bildirir ki, valideynləri buna səbəb kimi doğuş həkiminin...