Siyəzəndə ana doğuş zamanı öldü
12
iyn
2018
09:51
Siyəzən rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, yerli sakin Aytən Möhübbət qızı Qasımova Siyəzən Regional Diaqnostika Mərkəzinin Doğum şöbəsində doğuş zamanı dünyasını dəyişib.Yaxınlarının sözlərinə görə, ana tam sağlam olub, uşaq salamat doğulsa da, ana ölüb. Qadının bu uşaqdan başqa bir oğlu da var.Siyəzən rayonunda doğuş zamanı baş verən ana ölümünün ilkin səbəbi açıqlanıb.Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova açıqlamasında deyib ki, hamilə qadın Aytən Qasımova xəstəxanada həkim nəzarətində olub.S.Məmmədova bildirib ki, mərhum A.Qasımova planlı şəkildə qeysəriyyə əməliyyatı olunub: “Əməliyyatdan sonrakı dövrdə həmin kəsiyin yeri ağrayanda protokola əsasən ona ağrıkəsici vurulub. Bu zaman xəstənin orqanizmi ağrıkəsiciyə reaksiya verib və dünyasını dəyişib”.Komissiya sədri qeyd edib ki, ölümün dəqiq səbəbləri aparılan müayinələrdən sonra məlum olacaq.Qeyd edək ki, faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Abşeronda doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb
Abşeronda xəstəxanada doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb.BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, xəbər verir ki, hadisə Xırdalan şəhərind...