Azərbaycanda ana ölümü baş verib

Azərbaycanda ana ölümü baş verib
Hadisə 4

Dekabrın 9-də Gəncədə ana ölümü qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Abbas Səhhət adına Gəncə Mərkəzi Rayon xəstəxanasının doğum şöbəsində 21 yaşlı Səbinə Abdullayeva doğuş zamanı ölüb. 

Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova bildirib ki, Gəncə sakini olan ananın ürəyində qüsur olub, hamiləlik vaxtı həkimə getməyib.

Onun sözlərinə görə, xəstəxanaya doğuş sancısı ilə daxil olan ananın doğuşdan sonra ürəyindəki qüsurlar üzə çıxıb: 

"Aparılan müalicəyə baxmayaraq, ana ürək çatışmazlığından ölüb. Meyit təşrihə aparılıb, materiallar hələ Doğuşayardım Komissiyasına daxil olmayıb. Patoloji müayinələrdən sonra onun səbəbləri komissiya tərəfindən də araşdırılacaq. Ana dünyasını dəyişsə də, uşaq sağdır”. 

BAKU.WS

Oxşar xəbərlər

Səhiyyə Nazirliyi Ağcəbədidəki ana ölümü ilə bağlı açıqlama verdi

Səhiyyə Nazirliyi Ağcəbədidəki ana ölümü ilə bağlı açıqlama verdi

Səhiyyə Nazirliyi Ağcəbədidə baş verən ana ölümü faktına münasibət bildirib. Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, 22 ya...

1310 Sosial 13:45 09 sentyabr 2016

Son xəbərlər