Abşeronda doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb
20
noy
2017
09:24
Abşeronda xəstəxanada doğuş zamanı əkizlər ölüb, ana komaya düşüb.BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.Belə ki, xəstəxananın doğum şöbəsində Aytac adlı qadın qeysəriyyə yolu ilə doğuş edən zaman əkizlər dünyasını dəyişib. Nəticədə qadın komaya düşüb."Report"un çəkiliş qrupu hadisənin baş verdiyi xəstəxanada olub. Lakin xəstəxananın növbətçi həkimi sullara cavab vermək əvəzinə, qapını bağlayaraq, çəkiliş qrupunu uzaqlaşdırmağa çalışıb.Dünyasını dəyişən əkizlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Qobustanda doğuş zamanı ana dünyasını dəyişib
Qobustan rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində doğuş...