Doğuş zamanı ana və körpəsi öldü - Sumqayıtda FACİƏ
09
may
2017
13:41
Sumqayıt şəhərində doğuş zamanı ana və körpəsi ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Gülnarə Təyyar qızı Əkbərova doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı, özü də ölüb.
Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə aidiyyəti qurumlara şikayət ediblər. Şikayət əsasında ana və körpənin meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Masallıda DƏHŞƏT: 5 yaşlı uşaq sünnət zamanı öldü
Masallıda 5 yaşlı uşaq sünnət zamanı ölüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb. Müsəküçə kənd sakini 5 yaş...