10 gün əvvəl körpə dünyaya gətirən qadın xəstəxanada öldü - VİDEO

05
noy
2018
23:16
Bərdə rayonunda 10 gün əvvəl uşaq dünyaya gətirən qadın xəstəxanada ölüb.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, hyadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.Belə ki, Tərtər rayonunun Borsunlu kənd sakini, 1990-cı il təvəllüdlü Xanım Elman qızı İsayeva oktyabrın 24-də xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. X.İsayevanın və dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşı olduğundan oktyabrın 29-da xəstəxanadan evə buraxılıb. Ötən gecə halı pisləşən 28 yaşlı qadın yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.O, müalicə aldığı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.Xəstəxanadan bildirilib ki, qadının ölümü doğuşla bağlı deyil: "Xanım İsayeva və dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Yenidən xəstəxanaya müraciət edən qadınınyıxılaraq ağır kəllə-beyin travmasıaldığı məlum olub".BAKU.WS

Oxşar xəbərlər
Qaxda yaşlı kişi bir gündə iki dəfə intihara cəhd edib
Qax sakini gün ərzində iki dəfə intihara cəhd edib/BAKU.WS “Report”a istinadən xəbər verir ki, rayonun 1960-cı il təvəllüdlü Zəyəm kənd sakini Nuriyev Ovod Abdu...