İmişlidə 2 günlük körpə valideyn səhlənkarlığından öldü

İmişlidə 2 günlük körpə valideyn səhlənkarlığından öldü
Hadisə 2083
İmişli rayonunda yeni doğulan körpə ölüb.BAKU.WS trend-ə istinadən məlumatına görə, hadisə ötən gün baş verib. Avqustun 28-də gecə saat 01 radələrində İmişli rayonunun Bəcirəvan kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərova Ziba Fərhad qızı İmişli Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib və orada oğlan uşağı dünyaya gətirib. Həkimlər razılıq verməsə də, yeni doğulan körpə valideynlərin təkidi ilə xəstəxanadan çıxarılaraq evə aparılıb.Avqustun 30-da uşağın səhhətində problem yaranıb. Körpə yenidən xəstəxanaya gətirilsə də, həkimlər uşağın həyatını xilas edə bilməyib. 2 günlük körpə xəstəxanada dünyasını dəyişib.Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Mingəçevirdə körpə əməliyyat zamanı ölüb

Mingəçevirdə körpə əməliyyat zamanı ölüb

Mingəçevir şəhərində 2 yaşlı körpə əməliyyat zamanı ölüb.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan cər...

1587 Hadisə 12:45 22 avqust 2018

Son xəbərlər