Azərbaycanda körpə doğuş zamanı öldü

Azərbaycanda körpə doğuş zamanı öldü
Hadisə 1170
Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayonun Yengiyan kənd sakini, 1990-cı il təvəllüdlü Elyanə Ümid qızı Əlixanova səhər saat 04 radələrində xəstəxananın Doğum şöbəsinə doğuş üçün müraciət edib. Saat 08.00 radələrində doğuş zamanı uşaq ölü doğulub.E.Əlixanovanın qayınatası Nazim Əlixanov bildirib ki, körpənin ölümünə həkim səhlənkarlığı səbəb olub.N.Əlixanov hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda doğuş zamanı ana ölüb

Azərbaycanda doğuş zamanı ana ölüb

Azərbaycanda doğuş zamanı ana ölümü olub.“Report”un Qarabağ bürosunun məlumatına görə, Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül...

1722 Hadisə 14:30 19 dekabr 2017

Son xəbərlər