Azərbaycanda ana doğuşdan sonra müəmmalı şəkildə öldü: "Ağzından köpük gəlirdi, çırpınırdı" (VİDEO)

Azərbaycanda ana doğuşdan sonra müəmmalı şəkildə öldü: Ağzından köpük gəlirdi, çırpınırdı (VİDEO)
Video
Hadisə 4782
Sabirabad rayonunda ana doğuşdan sonra ölüb.Sentyabrın 10-da İmişli rayonunun Qaraqaşlı kənd sakini İranə Usubəli qızı Əzizova doğuş üçün Sabirabad rayon doğum şöbəsinə yerləşdirilib. İ.Əzizova orada oğlan uşağı dünyaya gətirib. Doğuşdan sonra ananın vəziyyəti normal olsa da qadın bir gün sonra xəstəxanada müəmmalı şəkildə ölüb. Körpənin vəziyyətinin yaxşı olduğu və bu gün xəstəxanada evə buraxıldığı bildirilib. Növbətçi həkim Güllü Quliyeva hadisə barədə danışıb: "Gəldim gördüm ki, qız gömgöydü. Ağzından köpük gəlirdi, çırpınırdı. Qaldırdı reanimasiya şöbəsinə ancaq ananı xilas edə bilmədik". BAKU.WS

Oxşar xəbərlər

Doğuş sonrası ölən ananın qohumları danışdı – VİDEO

Doğuş sonrası ölən ananın qohumları danışdı – VİDEO

Qubada doğuşdan sonra dünyasını dəyişən 34 yaşlı qadının ailəsi ölümündə həkimləri günahlandırır. BAKU.WS ARB Şimal xəbər verir ki, Xaçmaz rayon Müzəffəroba kə...

2137 Hadisə 17:40 03 aprel 2017

Son xəbərlər