Doğuş sonrası ölən ananın qohumları danışdı – VİDEO

Doğuş sonrası ölən ananın qohumları danışdı – VİDEO
Video
Hadisə 2137

Qubada doğuşdan sonra dünyasını dəyişən 34 yaşlı qadının ailəsi ölümündə həkimləri günahlandırır.

BAKU.WS ARB Şimal xəbər verir ki, Xaçmaz rayon Müzəffəroba kənd sakini Seyidəliyeva Sevinc Oruc qızı qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

Quba Regional Perinatal Mərkəzdə ananın damarına doğumdan sonra "Riopoliqulikin” adlı preparat vurulub. Xəstə bundan şoka düşüb. Həkimlərin səyinə baxmayaraq, Sevinc Seyidəliyevanın həyatını xilas etmək mümükün olmayıb.

Oqtay Xankişiyev - Sevinc Seyidəliyevanın: "Səhər saat 7 radələrində zəng ediblər ki, vəziyyəti pisdir. Gediblər. Deyiblər ki, rəhmətə gedib. Deyirik ki, nədən olub? Deyir sistem düşməyib, səhv vurublar rəhmətə gedib. Həkimə mən o sualı verdim ki, bu necə olub? Axı sən həkimsən. Bilməyə-bilməyə necə vurursan iynəni. Dedi ki, o 100 nəfərdən birində olur. Ola bilər”.

Xanlar Əsgərov - Sevinc Seyidəliyevanın qohumu : "Ailə qurandan sonra bunların bir qız uşağı dünyaya gəlib. O qız uşağı da dünyaya gələndə qeysəriyyə yolu ilə götürülüb. Aradan 5 il keçib. İndi də bu ayın 31-də 2-ci dəfə bu uşaq dünyaya gəlib. Səhəri gün bu gəlin həyatını itirib”.

Sevinc Seyidəliyevanın 4 yaşında bir övladı var. Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova doğum zamanı həkim səhvinin olmadığını deyir. Onun sözlərinə görə bütün prosedur qaydalara əməl edilib.

Şəhla Həsənova - Quba Regional Perinatal Mərkəzin direktoru: "Mayelərdən biri 3 saat sonra 18:05-də biz qoşanda ilk damcıdan bu qadın kəskin reaksiya vermişdi. Anafilaktik şok keçirmişdi. Anestezioloq-Reanimatoloqlarımız əlindən gələni etdilər. Bu xəstəni vəziyyətdən çıxarmaq üçün. Amma reaksiya çox kəskin olub. Buna görə müvəffəq olmayıblar.”

Dünyaya gələn körpənin vəziyyəti yaxşıdır.

Faktla bağlı araşdırmalar aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Goranboyda yeni doğulan körpə ölüb

Goranboyda yeni doğulan körpə ölüb

Goranboyda körpə ölümü baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayon sakini 1992-ci il təvəllüdlü Bağırova Lalə Ələsgər qızı Rayon Mərkəzi Xəstəxan...

1139 Hadisə 21:02 25 yanvar 2017

Son xəbərlər