Qaxda yaşlı kişi bir gündə iki dəfə intihara cəhd edib

10
okt
2018
22:49
Qax sakini gün ərzində iki dəfə intihara cəhd edib/BAKU.WS “Report”a istinadən xəbər verir ki, rayonun 1960-cı il təvəllüdlü Zəyəm kənd sakini Nuriyev Ovod Abdurəhman oğlu günorta saatlarında kəskin zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.Orada zərərçəkmişin intihar etmək məqsədi ilə sirkə turşusu qəbul etdiyi məlum olub.Xəstəxanadan “Report”a bildirilib ki, o hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə olunur, vəziyyəti orta-ağırdır.O.Nuriyev oktyabrın 9-u da intihara cəhd edərək sol qolunun bilək nahiyəsini iti alətlə kəsib. Ona xəstəxananın Cərrahiyyə şöbəsində ilkin yardım göstərildikdən sonra evə buraxılıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər
Ağstafa sakini istəmədiyi oğlana ərə getməmək üçün intihara cəhd edib
Ağstafa rayonunda intihara cəhd hadisəsi qeydə alınıb."Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1997-ci il təvəllüdlü Qıraq Kəsəmən kənd sakini A.Məmmə...