Əri ilə mübahisə edən qadın sirkə turşusu içdi - Azərbaycanda
09
mar
2018
11:44
Lənkəranda 30 yaşlı qadın intihara cəhd edib.BAKU.WS APA TV-ə istinadən xəbər verir ki, hadisə rayonun Darquba kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Abbasova Zülfiyyə Qəribəli qızı ailə münaqişəsi zəminində atası evində sirkə turşusu içərək intihar etmək istəyib. O, yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və vəziyyəti orta ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, münaqişə Z.Abbasova ilə həyat yoldaşı arasında baş verib. O, əri ilə telefon danışığından sonra məlum hadisəni törədib. Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 3 uşaq anası intihara cəhd edib
Şamaxı rayonunda intihara cəhd hadisəsi baş verib.APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Cabanı kəndində qeydə alınıb.Kənd sakini 1986-cı il təvəl...