Zümrüd Ağayeva: "2026/2027 mövsümündə Azərbaycan Qadınlar Super Liqasında yeniliklər olacaq"
Futbol üzrə Azərbaycan Qadınlar Super Liqasının 2026/2027 mövsümündə mühüm dəyişikliklər və yeniliklər olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva jurnalistlərə açıqlamasında deyib.
"Bu gün Azərbaycan Qadınlar Super Liqasının 2026/2027 mövsümünün püşkatma mərasimi keçirildi. Bu mövsüm liqamız mühüm dəyişikliklər və yeniliklərlə yadda qalacaq. İlk növbədə yarışın adı dəyişdirilərək Qadınlar Super Liqası adlandırıldı, həmçinin yeni loqo təqdim olundu. Eyni zamanda, yeni format tətbiq ediləcək. Çempionata iki yeni klub – "İmişli" və "Goranboy" komandaları qoşulub. Beləliklə, mübarizə 12 klubun iştirakı ilə baş tutacaq", - o bildirib.
Z.Ağayeva "Qarabağ" klubunun yarışdakı iştirakı və gələcəklə bağlı gözləntiləri barədə də məlumat verib:
"Qarabağ" komandası aşağı yaş liqalarında iki komanda ilə təmsil olunacaq. Ümid edirik ki, növbəti mövsümlərdə Premyer Liqanın bütün klublarının qadın komandalarını da yarışımızda görəcəyik. Hələlik qeydiyyat prosesi davam edir. Klubların qeydiyyatı tam yekunlaşdıqdan sonra media nümayəndələrinə ətraflı məlumat veriləcək".
Qeyd edək ki, Azərbaycan Qadınlar Super Liqasına oktyabrın 18-də start veriləcək.
Oxşar xəbərlər
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə d...