Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
21
sen
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
N.Umbayev cüdo üzrə dünya çempionatlarında hakimlik edən ilk azərbaycanlı referidir. O, ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən mundialın hakimlər heyətinə daxil edilib.
Dünya çempionatı oktyabrın 4–11-də Milli Gimnastika Arenasında keçiriləcək.
Oxşar xəbərlər
İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır
İtaliyanın "Fiorentina" klubu "Qalatasaray"ın uruqvaylı futbolçusu Lukas Torreyra ilə maraqlanır. BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yay...