Azərbaycan Premyer Liqasının VI turunda daha bir görüş keçirilib

Azərbaycan Premyer Liqasının VI turunda daha bir görüş keçirilib
İdman 20

Misli Premyer Liqasının VI turunda daha bir görüş keçirilib.

BAKU.WS xəbər verir ki, "Şamaxı" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib.

Şamaxı şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Şamaxı"nın heyətində Rikardo Apolinario 27 və 36-cı dəqiqələrdə penaltidən fərqlənib. Naxçıvan təmsilçisinin yeganə qolunu isə 32-ci dəqiqədə Ağadadaş Salyanski rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran Şamaxı komandası 6-cı pilləyə yüksəlib. 2 xala malik "Araz-Naxçıvan" isə 11-ci yerdə qərarlaşıb.

Tura bu gün "Kəpəz" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Qarşılaşma Gəncə stadionunda, saat 19:00-da start götürəcək.

Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı (1:0), "Turan Tovuz" "Zirə"ni (1:0), "Sabah" isə "İmişli"ni (3:1) məğlub edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər