İtaliya məktəblərində xarici şagirdlər və burqa-niqabla bağlı yeni qaydalar hazırlanır
İtaliya hökuməti məktəblərdə bir sinifdə təhsil alan xarici şagirdlərin sayını məhdudlaşdırmaq və burqa ilə niqab geyinilməsini qadağan etmək üçün qanun layihəsi hazırlayır.
BAKU.WS xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni rəhbərlik etdiyi "İtaliya Qardaşları" partiyasının təşkil etdiyi gənclər tədbirində açıqlayıb.
Meloninin sözlərinə görə, yaxın vaxtlarda Nazirlər Şurasının iclasına bir sinifdə icazə verilən maksimum xarici şagird sayını müəyyən edən sənəd təqdim olunacaq.
Qanun layihəsində məktəb sisteminə inteqrasiya prosesində ciddi çətinlik yaşayan xarici şagirdlərin valideynlərinin italyan dilini öyrənməsinin məcburi edilməsi də nəzərdə tutulur. Eyni zamanda, məktəblərdə burqa və niqab geyinilməsinə qadağa qoyulması planlaşdırılır.
Baş nazir bildirib ki, təşəbbüs uşaqların İtaliya cəmiyyətinə inteqrasiyasını asanlaşdırmaq və sürətləndirmək məqsədi daşıyır.
Meloninin sözlərinə görə, bir sinifdə italyan dilini bilməyən uşaqların sayı artdıqca onların dili öyrənməsi də çətinləşir.
"Fondazione ISMU"nun məlumatına görə, İtaliya vətəndaşlığı olmayan şagirdlər ölkə məktəblərindəki bütün şagirdlərin 11,6 faizini təşkil edir.
Oxşar xəbərlər
Ukraynada anbarların demək olar yarısı məhv edilib
Ukraynada son aylarda baş verən zərbələr nəticəsində müasir anbar və logistika sahələrinin böyük hissəsinin sıradan çıxdığı açıqlanıb. BAKU.WS xəbər verir ki, b...