Bu qəsəbədə təmir işləri aparılacaq
Sentyabrın 21-də, saat 09:00-dan etibarən paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində, Baloğlan Bağırov küçəsinin Məhəmmədəli Şəfai küçəsi ilə kəsişməsindən Səyyarə Zeynalova küçəsinə qədər olan hissəsində təmir işlərinə başlanılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Təmir işlərinin gedişindən asılı olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə mümkün sıxlığın qarşısının alınması məqsədilə əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Oxşar xəbərlər
Xocavənd şəhər günü münasibətilə atəşfəşanlıq olub
Xocavənd şəhər günü münasibətilə atəşfəşanlıq olub. BAKU.WS report-a istinadən xəbər verir ki, musiqi sədaları altında bayram atəşfəşanlığı şəhərin səmasını al-...