Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla 3 nəfər yaralanıb

Cəlilabadda zəncirvari qəzada biri azyaşlı olmaqla 3 nəfər yaralanıb
Foto
Hadisə 12

Cəlilabad şəhərində ağır yol qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, ötmə manevrini düzgün yerinə yetirə bilməyən "Toyota Prius" markalı minik avtomobili "VAZ-21099" markalı maşına çırpılıb. Daha sonra zərbənin təsirindən idarəetməni itirən avtomobil qarşı tərəfdən gələn "VAZ 2107" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində 3 nəfər - 1960-ci il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü Sənan Diniyev və Kənan Diniyev xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla ilə bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər