Azərbaycan XİN Pakistana başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib.
BAKU.WS xəbər verir ki, Azərbaycan XİN bu barədə "X" hesabında paylaşım edib.
"Pakistanın Xayber-Paxtunxva əyalətinin Kohat şəhərində məscid və polis binası kompleksini hədəf alan terror hücumunu qətiyyətlə pisləyirik.
Pakistan hökumətinə və qardaş Pakistan xalqına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik.
Azərbaycan terrorçuluğun bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəydir", - deyə paylaşımda vurğulanıb.
Xatırladaq ki, sentyabrın 18-də Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığında törədilən terror aktı nəticəsində 31 nəfər həlak olub.
Oxşar xəbərlər
Emin Hüseynov: Xocavənddə 1 083 ailə doğma yurduna qayıdıb
Xocavənd rayonunda 1 083 ailə doğma yurduna qayıdıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlar...