Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib
Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib.
"Azərbaycanı bu mühüm dövlət bayramı münasibətilə ürəkdən təbrik edirik! Qoy Azərbaycan bundan sonra da öz dövlətçiliyini daha da möhkəmləndirsin, inkişaf edərək çiçəklənsin, xalqı isə sülh, həmrəylik və rifah içində yaşasın.
Ukrayna və Azərbaycan bütün dövrlərdə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, indi də dəstəkləməkdə davam edir. Ölkələrimiz mehriban dostluq əlaqələrini və qarşılıqlı faydalı strateji tərəfdaşlığını mütəmadi olaraq inkişaf etdirir.
Biz Ukraynaya göstərdiyi həmrəyliyə və dəstəyə görə Azərbaycan rəhbərliyinə, eləcə də xalqına səmimi qəlbdən minnətdarlığımızı bildiririk. Sülh, rifah və tərəqqi arzulayırıq, Azərbaycan Respublikası! Dövlət Suverenliyi Gününüz mübarək!", - müraciətdə qeyd olunub.
Oxşar xəbərlər
Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirilib
20 Sentyabr – Xocavənd Şəhəri Günü münasibətilə Xocavənd şəhərində genişmiqyaslı ictimai-mədəni tədbir təşkil olunub. BAKU.WS report-a istinadən xəbər verir ki,...