Ukraynada anbarların demək olar yarısı məhv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada son aylarda baş verən zərbələr nəticəsində müasir anbar və logistika sahələrinin böyük hissəsinin sıradan çıxdığı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "EVA" və "VARUS" ticarət şəbəkələrinin təsisçisi və ortaq sahibi Ruslan Şostak "Financial Times"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ukraynada logistika anbarlarının ümumi sahəsi əvvəllər təxminən 5 milyon kvadratmetr olduğu halda, hazırda bu göstərici 2,1 milyon kvadratmetr təşkil edir.
Şostak bildirib ki, son aylarda baş verən zərbələr nəticəsində təxminən 900 min kvadratmetr anbar sahəsi məhv edilib. Bu isə ölkədə müasir logistika infrastrukturunun ciddi şəkildə azalmasına səbəb olub.
"Dragon Capital" investisiya şirkətinin baş iqtisadçısı Yelena Bilanın sözlərinə görə, mövcud vəziyyət 2026-cı ildə Ukrayna iqtisadiyyatının artım imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.
O qeyd edib ki, zərər çəkmiş şirkətlərin artan xərcləri nəticədə istehlakçılara da təsir göstərə bilər.
Ukraynada problemlərin yalnız pərakəndə ticarət və logistika sektoru ilə məhdudlaşmadığı bildirilir. Ölkənin metallurgiya sənayesində də ciddi itkilərin olduğu açıqlanıb.
"Metinvest" şirkətinin baş direktorunun ofisinin rəhbəri Aleksandr Vodoviz bildirib ki, Ukraynanın əsas polad istehsalı müəssisələri ya fəaliyyətini dayandırıb, ya da zərbələr səbəbindən istehsalı azaldıb.
Onun sözlərinə görə, nəticədə ölkənin polad istehsalının təxminən 90 faizi itirilib.
Oxşar xəbərlər
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Rusiya Prezidenti Vladimir Putin ABŞ-İran münaqişəsinin yekunlaşması üçün hər cür kömək etməyə hazırdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə R...