Səyyad Aran: "İki aydır Emin Əmrullayevi tapa bilmirəm"
"İki aydır Emin Əmrullayevə zəng edirəm, onu tapa bilmirəm".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri deputat Səyyad Aran Parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclası zamanı çıxışında deyib.
O bildirib ki, İmişli rayonunun Qaradonlu kənd məktəbinin 120 illiyi olacaq:
"Eşitmişəm ki, oktyabrın 10-da nazir gələcək, qeyd edəcəklər. Mənə cavab vermir. Təqvimimdə yazmışam, zəng etdim, cavab vermədi. Axı sənin köməkçin var.
Yaxşı, sənin vacib işlərin var, bəs gələndən sonra monitorda görmürsən sənə zəng gəlib? Sənə deputat zəng edib, bax, gör, nə məsələdir".
Deputat nazirlərin qəbul məsələsindən də narazılığını dilə gətirib:
"Məsələn, səhiyyə naziri rayona vətəndaş qəbuluna gedir. Bəndi-bərəni elə kəsirlər ki, ona yaxınlaşmaq olmur. Onun qəbuluna nisbətən yumşaq, neytral danışan şəxsləri buraxırlar. Çıxanda da naziri elə aparırlar ki... İnsanların həqiqi şikayətləri diqqətdən kənarda qalır".
Oxşar xəbərlər
Qubadlıda birinci yaşayış kompleksinin inşasına başlanılıb
Qubadlı şəhərinin bərpası zamanı ilkin yaşayış məhəlləsində 3.5 hektar ərazidə 21 çoxmənzilli bina inşa edilir. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu...