Bakıda məşhur doğum evi TƏMİR OLUNACAQ - 2 milyon ayrıldı
Bakının Səbail rayonunda yerləşən doğum evində genişmiqyaslı bərpa və gücləndirmə işlərinin aparılması planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, Neftçi Qurban küçəsi 93 ünvanında, Kliniki Tibbi Mərkəzin tabeliyində fəaliyyət göstərən doğum evinin binasında əsasən bünövrə və konstruktiv hissələrin yenilənməsi nəzərdə tutulur.
Layihə çərçivəsində binanın bünövrəsinin həm içəridən, həm də çöldən açılması, divarların təmizlənməsi, hidroizolyasiyasının yenilənməsi və möhkəmləndirilməsi həyata keçiriləcək.
İşlərin ümumi dəyərinin 1 milyon 981 min 914 manat olduğu bildirilir.
Bərpa işlərinin başa çatdırılması binanın texniki dayanıqlığının artırılmasına və uzunmüddətli istismarının təmin olunmasına imkan verəcək. Eyni zamanda, doğum evinin daha təhlükəsiz və müasir şəraitdə fəaliyyət göstərməsi pasiyentlər və tibb işçiləri üçün daha əlverişli mühit yaradacaq.
Oxşar xəbərlər
Deputatdan nazirlərə: "Hünəriniz var, özünüz camaatın qarşısına çıxın"
"Milli Məclisin deputatlarının səlahiyyətləri artırılmalıdır". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri deputat Səyyad Aran parlamentin İnsan hüq...