Meşədə şabalıd yığan Qax sakini ağacdan yıxılıb öldü

Meşədə şabalıd yığan Qax sakini ağacdan yıxılıb öldü
Hadisə 1489
Qax sakini bədbəxt hadisə nəticəsində ölüb.BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Ləkit Kötüklü kənd sakini 1972-ci il təvəllüdlü Səməd Məmməd oğlu Seyidov yaşadığı kəndin inzibati ərazisinin yaxınlığında dağlıq meşəlik ərazidə şabalıd çırpan zaman ehtiyatsızlıqdan ağacdan dərəyə yıxılıb.Hadisə nəticəsində ağır bədən xəsarətləri alan 45 yaşlı Səməd Seyidov Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.MRX-dan APA-ya bildirilib ki, göstərilən yardımlara baxmayaraq Səməd Seyidov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən ölüb. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda orta məktəbdə faciə: şagird öldü

Azərbaycanda orta məktəbdə faciə: şagird öldü

Bu gün Ağdaş şəhərindəki orta məktəblərdən birində bədbəxt hadisə baş verib.BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Səməd Vurğun adına 1 saylı orta məktəbin...

6631 Hadisə 21:11 18 sentyabr 2017

Son xəbərlər