Ukraynada ŞOK: 11 qızını zorlayan azərbaycanlı saxlanılıb
Ukraynada azyaşlı ögey qızını zorlamaq istəyən azərbaycanlı saxlanılıb. ANS PRESS-in məlumatına görə, o, məhkəmənin qərarı çıxanadək dəmir barmaqlıqlar arxasında qalacaq.
Xarkov şəhərinin Çuquyev rayonunda 11 yaşlı qızının həyat yoldaşı tərəfindən zorlandığını görən ana polisə müraciət edib. Prokurorluq saxlanılan şəxsin məhkəmə qərarı çıxanadək həbsxanada qalmasını tələb edib və Çuquyev şəhər məhkəməsi prokurorluğun bu tələbini dəstəkləyib.
Çuquyev yerli prokurorluğun rəhbərinin birinci müavini Aleksandr Suziyin sözlərinə görə, ana ev işləri ilə məşğul olarkən, qapının şüşəsindən ərinin qızını zorladığını görüb və dərhal polis çağırıb. Bunu görən ər əşyalarını yığışdırıb və evdən gedib.
Müavin deyib ki, azərbaycanlını Xarkov dəmir yol vağzalında tutublar. Onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda ata namus üstündə qızının boğazını kəsdi
Bakıda qızını boğazından bıçaqlayan ataya cinayət işi açılıb. BAKU.WS-in musavat.com-a istinadən məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş ver...