Bakıda ata namus üstündə qızının boğazını kəsdi
Bakıda qızını boğazından bıçaqlayan ataya cinayət işi açılıb.
BAKU.WS-in musavat.com-a istinadən məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Qəsəbə sakini 1968-ci il təvəllüdlü Malik Mirzəyev qızı 1992-ci il təvəllüdlü Vüsalə Fətdahovanın boğazından iki bıçaq zərbəsi vurub. V.Fətdahova Mərdəkan qəsəbəsi 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
İlkin ehtimala görə, hadisə namus üstündə baş verib.
Qızını bıçaqlayan ata Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Bakıda kişini bir şapalaqla öldürdülər
Bakıda ölüm hadisəsi baş verib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1970-ci il...