Ucarda 10 yaşlı uşaq asılmış halda tapılıb

Ucarda 10 yaşlı uşaq asılmış halda tapılıb
Hadisə 1968
 

Ucar rayonunda azyaşlının meyiti ağacdan asılı vəziyyətdə tapılıb.

BAKU.WS xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alpı kəndində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Vaqif Aqşin oğlu Quliyevin meyiti yaxınları tərəfindən həyətdəki xurma ağacından asılı vəziyyətdə aşkarlanıb. 

Rayon hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, V. Quliyev ağacda quraşdırılmış yelləncəkdə yellənərkən kəndir boğazına dolanıb və uşaq boğularaq ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Murad Səmədov

BAKU.WS

Oxşar xəbərlər

Bakıda ata övladının ad günündə özünü asdı

Bakıda ata övladının ad günündə özünü asdı

Bakıda itkin düşən 48 yaşlı kişinin asılmış meyiti tapılıb. Report-un xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Süle...

3403 Hadisə 22:16 12 yanvar 2017

Son xəbərlər